Gündəm

İrandan neft təhdidi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın İranın neft ixracını məhdudlaşdırmaq cəhdlərinə sərt reaksiya verib.

Qalibaf bildirib ki, İranın neft satışına maneə yaradılacağı təqdirdə regionda digər ölkələrin də neft ixracına imkan verilməyəcək.

Müharibənin düsturu aydındır: ya hamı, ya heç kim. Bizim neft sata bilmədiyimiz bir bölgədə heç kim neft sata bilməyəcək”, - deyə o bildirib. 

Hürmüz boğazı ilə bağlı sərt mesaj

Qalibaf İranın infrastrukturunun təhlükəsizliyi təmin olunmadığı müddətdə regiondakı heç bir infrastrukturun təhlükəsiz olmayacağını bildirib.

Onun sözlərinə görə, Hürmüz boğazının təhlükəsizliyi ABŞ qüvvələrinin regionda olmamasından asılıdır.

İran parlamentinin sədri boğazın müharibədən əvvəlki vəziyyətinə qayıtmayacağını da vurğulayıb. 

Qalibafın açıqlamaları ABŞ-ın İranın neft ixracına təzyiqi artırdığı və Hürmüz boğazında gəmiçiliklə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda səslənib.

İranın mövqeyinin sərtləşməsi qlobal enerji bazarında təchizat risklərini artıraraq neft qiymətlərinə əlavə təzyiq yarada bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)