Gündəm

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

ENA.az  xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)