Aqrar

Azərbaycanda istixanalar üzrə yeni əkin subsidiyaları tətbiq olunacaq

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda istixana təsərrüfatlarının modernləşdirilməsi və yüksək texnologiyalı istixanaların yaradılmasının təşviqi məqsədilə istixananın texnoloji səviyyəsinə və örtük materialına uyğun olaraq hər hektar əkinə görə 500 manatdan 5 000 manata qədər əkin subsidiyası müəyyən edilib.

ENA.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Əkin subsidiyası 4-cü nəsil şüşə örtüklü yüksək texnologiyalı istixanalarda 5 000 manat/ha, polikarbonat örtüklü istixanalara 3 000 manat/ha, yüksək keyfiyyətli polietilen örtüklü 4-cü nəsil istixanalara 2 500 manat/ha veriləcək. 3-cü nəsil istixanalarda isə əkin subsidiyası müvafiq olaraq 2 000, 1 500, 1 000 manat/ha, digər polietilen örtüklü istixanalarda isə 500 manat/ha müəyyən edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)