Abas Miskərli sığortaçıların investisiya qərarlarında əsas meyarları açıqlayıb
Sığorta şirkətləri kredit portfellərinə investisiya imkanını gözlənilən gəliri, riskləri və likvidlik ehtiyaclarını nəzərə alaraq qiymətləndirməlidir. Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Abas Miskərli bildirib.
Onun sözlərinə görə, sığortaçılar böyük ödənişləri vaxtında qarşılamaq üçün kifayət qədər likvid vəsait saxlamalıdır.
Ödəniş üçün vəsait çatmadıqda şirkət istiqrazlarını satmalı ola bilər; buna görə investisiya qərarlarında likvidliyin qorunması vacibdir.
Miskərli bildirib ki, kredit portfeli düzgün formalaşdırılıb diversifikasiya olunarsa, sığortaçı üçün risk azala bilər. İnvestisiyanın əlavə gəliri riski kompensasiya edirsə, belə maliyyələşməni nəzərdən keçirmək olar.
“Mən sığorta şirkətinin rəhbəri olsaydım, ‘niyə də yox?’ deyə bilərdim. Sadəcə, risk mükafatının buna dəyib-dəymədiyinə və kifayət qədər vəsaitimin olub-olmadığına baxardım”, – o deyib.



















