AMB sığorta şirkətləri üçün kapital tələblərini artıracaq
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunun iştirakçıları qarşısında əlavə tələblər irəli sürəcək. Bu tələblərdən biri sığorta şirkətlərinin kapitalının artırılmasıdır.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Abbas Miskərli bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə qarşıdakı üç ili əhatə edən strategiya açıqlanıb.
ASA sədri qeyd edib ki, kapital tələblərinin artırılması bazara əlavə vəsaitlərin daxil olmasına səbəb olacaq. Həmin vəsaitlərin yerləşdirilməsi üçün bank olmayan kredit təşkilatları (BOKT) ilə əməkdaşlıq imkanları da nəzərdən keçirilə bilər.
“Bu isə o deməkdir ki, bazara yeni pullar daxil olacaq və onu yerləşdirmək üçün BOKT-larla əməkdaşlıq mümkündür”, – deyə o bildirib.



















