BİZNES

“SOCAR Balakhani” MMC yaradılıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in tələblərinə uyğun olaraq SOCAR-ın ortaq neft şirkəti – “SOCAR Balakhani” MMC yaradıb.

ENA.az xəbər verir ki, “SOCAR Balakhani” MMC 19 iyun 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb.

Cəmiyyətin yaradılmasında əsas məqsəd Sazişin tələbləri çərçivəsində podratçı qismində çıxış edəcək SOCAR-ın ortaq neft şirkətinin Saziş üzrə müəyyən edilmiş İştirak Payı həddində hüquq və öhdəliklərinin icrasını təmin etməkdir.

“SOCAR Balakhani” MMC-nin baş icraçı direktoru vəzifəsinə Bağırov Natiq Orucqulu oğlu təyin edilib.

Yeni yaradılmış Cəmiyyət Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yataqlarının daxil olduğu blok üzrə Saziş çərçivəsində SOCAR-ın ortaq neft şirkəti kimi fəaliyyət göstərəcək və müəyyən edilmiş iştirak payı çərçivəsində müvafiq hüquq və öhdəlikləri həyata keçirəcək.

Hüquqi ünvan: AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)