BİZNES

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı yenidən təşkil edilir

Azərbaycanın aparıcı süd məhsulları istehsalçısı olan "Milla Dairy" MMC yenidən təşkil edilir.

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb "Beverage Services" MMC-nin ona qoşulmasıdır.

Xatırladaq ki, "Milla Dairy" 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 283,45 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)