HI-TECH

OpenAI ChatGPT-nin yeni interfeysini təqdim edib

OpenAI ChatGPT üçün istifadəçilərin suallarına yalnız mətnlə deyil, interaktiv interfeyslərlə cavab verməyə imkan verən “Intelligent UI” funksiyasını təqdim edib.

ENA.az xəbər verir ki, yeni funksiya GPT-6 ilə birlikdə istifadəyə verilir. ChatGPT bundan sonra cavablarda interaktiv qrafiklər, redaktə edilə bilən diaqramlar, düymələr və konkret tapşırıqlar üçün xüsusi kalkulyatorlar təqdim edə biləcək.

OpenAI bildirir ki, əsas məqsəd mürəkkəb mövzuların öyrənilməsini asanlaşdırmaqdır. Məsələn, istifadəçi təyyarə qanadının qaldırma qüvvəsini necə yaratdığını soruşduqda, ChatGPT bunu izah edən interaktiv sxemlər hazırlaya bilər. Şirkət həmçinin reseptlər, velosiped mexanikası, səyahət xəritələri və şəxsi yığım kalkulyatorlarını nümunə kimi göstərib.

“Intelligent UI” istifadəçinin istəyinə uyğunlaşdırıla biləcək. Daha az vizual element istəyən istifadəçilər bu funksiyanın intensivliyini azalda biləcəklər. Funksiya əvvəlcə Plus, Pro, Business və Enterprise istifadəçilərinə təqdim edilir, Free və Go istifadəçiləri üçün isə mərhələli şəkildə əlçatan olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)