Pentaqonun məlumat bazası sındırılıb – 3 milyondan çox şəxsin məlumatları ələ keçirilib
Hakerlər ABŞ Pentaqonunun 3 milyondan çox hazırkı və keçmiş əməkdaşına aid məxfi məlumatları oğurlayıb.
ENA.az xəbər verir ki, “Techora”nın məlumatına görə, kibertəhlükəsizlik insidenti nəticəsində 2,7 milyon canlı şəxsin və 294 min vəfat etmiş şəxsin məlumatları ələ keçirilib. Məlumatlar arasında sosial sığorta nömrələri və əmək fəaliyyəti ilə bağlı məlumatlar da olub.
Məlumat sızıntısı ABŞ Müdafiə Nazirliyinin Müdafiə İşçi Qüvvələri Məlumat Mərkəzinin (DMDC) sistemində baş verib. ABŞ rəsmilərinin bildirdiyinə görə, icazəsiz şəxslər 2025-ci ilin oktyabrından 2026-cı ilin iyuluna qədər sistemdəki məlumatlara çıxış əldə ediblər.
Ələ keçirilən məlumatların adlar, doğum tarixləri, əlaqə məlumatları, sosial sığorta nömrələri və hərbi vəzifələrlə bağlı məlumatları əhatə etdiyi bildirilir. Məlumatların sui-istifadə edildiyinə dair hazırda sübut olmadığı açıqlanıb.
DMDC sistemdəki təhlükəsizlik boşluğunu aşkarladıqdan sonra onu aradan qaldırıb. Hadisənin miqyası ABŞ-ın dövlət qurumlarında milyonlarla şəxsin məlumatlarının qorunması ilə bağlı ciddi narahatlıqlar yaradıb.


















