“Mobil notariat” tətbiqinin “mygov” platformasına keçirilməsi nəzərdə tutulub
Tətbiqdəki xidmətlərin Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planına uyğun olaraq, “mygov” platformasına keçirilməsi nəzərdə tutulub və hazırda hazırda Ədliyyə Nazirliyi bu prosesi həyata keçirməkdədir.
Bunu İTV-yə müsahibəsində Ədliyyə naziri Fərid Əhmədov deyib.
Nazir bildirib ki, hazırda “Mobil notariat” tətbiqinin 1,8 milyon aktiv istifadəçisi var:
Onun sözlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının da rəqəmsallaşdırılması istiqamətində bir sıra addımlar atılıb və bunlardan doğum, nikah, ölüm, vətəndaşlıq vəziyyəti və ailə tərkibi ilə bağlı arayışların verilməsini də “mygov” üzərindən həyata keçirir:
“Düşünürəm ki, bizim fəaliyyətimizin ən vacib istiqamətlərindən biri datanın təmizlənməsidir, çünki bir çox dövlət qurumlarına münasibətdə Ədliyyə Nazirliyinin məlumat bazaları, xüsusən Əhalinin Dövlət Reyestri ilkin mənbə məlumatı rolunda çıxış edir. Biz ilkin mənbə məlumatlarının mübadiləsi çərçivəsində 42 dövlət qurumu ilə inteqrasiya həyata keçiririk. Həmin dövlət qurumlarının xidmətləri bilavasitə bu ilkin mənbə məlumatlarının təmizliyindən asılıdır. Hazırda FİN kod əsaslı olan məlumatların 95%-nin təmizliyinə nail ola bilmişik”.
Müsahibənin tam mətni ilə bu gün saat 22:00-da “Report”un saytında tanış ola bilərsiniz.



















