Sığorta

"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 16-da "PAŞA Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

ENA.az xəbər verir ki, yığıncaq müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə Bankın emissiya etdiyi səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinin ("IPO") yekunları nəzərə alınmaqla kredit təşkilatının nizamnamə kapitalının artırılması, bununla əlaqədar nizamnaməyə müvafiq dəyişikliyin edilməsi, "Banklar haqqında" qanuna uyğun olaraq nizamnaməyə dəyişikliyin edilməsinə razılıq verilməsi üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edilməsi, ediləcək dəyişikliyin imzalanması səlahiyyətinin, səhmdarların ümumi yığıncağının qərarının icrası ilə bağlı bütün zəruri addımların atılması, AMB-yə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi, bütün dövlət və qeyri-dövlət orqanları qarşısında "PAŞA Bank"ın təmsil edilməsi, bütün zəruri sənədlərin imzalanması, müraciətlərin edilməsi səlahiyyətinin İdarə Heyətinin sədri Quliyev Cavid Həsən oğluna həvalə edilməsi daxildir.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 53,97 %-i daxil olduğu "PAŞA Maliyyə Holdinqi" MMC-yə, 26,77 %-i "Bless" MMC-yə, 9,5 % Arif Paşayevə, 5 %-i 18 minə yaxın fiziki şəxsə, 4,76 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)