Gündəm

“Sülh sazişinin imzalanmasına diqqət yönəltmək lazımdır” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasına diqqət yönəltmək lazım olduğunu bildirib.

O bu barədə sosial şəbəkə hesablarında yayımladığı videomüraciətdə danışıb.

“Bu baş verən kimi (sazişin imzalanması – red.) deyə bilərik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”, - Paşinyan qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)