Netflix-in xalis mənfəəti 44% artıb
Qlobal rəqəmsal yayım platforması Netflix-in gəliri 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 12,9 milyard dollara çatıb.
ENA.az xəbər verir ki, şirkətin ötən ilin eyni dövründə gəliri 11,5 milyard dollar təşkil edib. Gəlir artımına abunəçilərin sayının çoxalması, qiymət dəyişiklikləri və reklam gəlirlərinin yüksəlməsi təsir göstərib.
Hesabat dövründə Netflix-in xalis mənfəəti 44% artaraq 3,66 milyard dollara çatıb. Ötən ilin üçüncü rübündə bu göstərici 2,54 milyard dollar olub. Səhm üzrə mənfəət isə 59 sentdən 87 sentə yüksəlib.
Şirkət 2026-cı ilin dördüncü rübündə gəlirinin 13,4 milyard dollar olacağını gözləyir. İl üzrə gəlir proqnozu 51,1 milyard dollar müəyyən edilib. Bununla yanaşı, Netflix reklam gəlirləri üzrə illik gözləntisini 3 milyard dollardan 2,7 milyard dollara endirib.



















