Azərbaycan nefti 10 dollara yaxın ucuzlaşdı (03.22.2026)
Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 9.66 ABŞ dolları və ya 7.66% azalaraq bir barel üçün 116.50 ABŞ dollarına enib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

















