Sığorta

"İpək Yolu Sığorta" kapita inyeksiyasına qərar verdi: 2 dəfə artırılır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 242 500 manat və yaxud 2 dəfə artıraraq 14 770 000 manatdan 30 012 500 manata çatdırmağı planlaşdırır.

Kapital artımı qurumun dövriyyədə olan 17 500 ədəd səhminin nominal dəyərinin 844 manatdan 1 715 manata çatdırılması hesabına baş tutacaq.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)