Biznes-lüğət
İqtisadi və maliyyə terminlərinin sadə izahı.
A
- Agent (sığorta agenti)
- Müvafiq lisenziyası olan və sığortaçıya siğorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs.
- Aktuari
- Sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının səhhəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusu.
- Anderaytinq

- Annuitet
- Sığorta hadisəsi baş verdikdə sığortaçının sığorta olunan və ya faydalanan şəxsə sığorta müqaviləsində nəzərdə tutulmuş müvafiq dövriliklə ödəməli olduğu məbləğ.
- Azadolma məbləği
- Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.