Əsas məzmuna keç
Bakı +18°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr

Biznes-lüğət

İqtisadi və maliyyə terminlərinin sadə izahı.

HamısıABFGHKLMNOPQRSTZÖİŞƏ

T

Tam məhv olma
Sığortalanmış əmlakın elə zədələnməsidir ki, köhnəlmə əmsalı nəzərə alınmaqla bərpa üçün tələb olunan xərclərin məbləği həmin əmlakın həqiqi dəyərindən artıq olur.
Tibbi sığorta
Xəstəlik və ya xəsarət nəticəsində zəruri olan tibbi müayinə, müalicə və bunlarla əlaqədar digər müvafiq xərclərə görə təminatı nəzərdə tutan sığorta.
Titul sığortasi
Digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi riskindən sığorta.
Təkaful
Şəriət (İslam hüququ) əsasında həyata keçirilən, iştirakçıların qarşılıqlı kömək və könüllü yardım etmə prinsiplərinə əsaslanan, İslam dinində qadağan olunan əqdləri və əməliyyatları istisna edən, riskin, zərərin və gəlirin tərəflər arasında bölüşdürüldüyü sığorta mexanizmi.
Təkrarsığorta
Sığortaçının sığortaladığı riskləri müqavilə əsasında tam və ya qismən digər sığortaçı (təkrarsığortaçı) ilə bölüşdürməsi və ya ona ötürməsi.
Təkrarsığorta müqaviləsi
Sığortaçı (təkrarsığortalı) və təkrarsığortaçı arasında bağlanan və sığorta risklərinin müəyyən hissəsinin və ya bütövlükdə təkrarsığortaçıya ötürülməsini və ya onunla bölüşdürülməsini müəyyən edən yazılı razılaşma.
Təkrarsığortalı
Sığorta və ya təkrarsığorta müqaviləsi üzrə müvafiq olaraq qəbul etdiyi (sığortaladığı və ya təkrarsığortaladığı) riskləri başqa sığortaçıda və ya təkrarsığortaçıda təkrarsığorta etdirən təkrarsığorta müqaviləsinin tərəfi.
Təkrarsığortaçi
Müvafiq lisenziya əsasında ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortalanmış (təkrarsığortalanmış) risklərə təkrarsığorta təminatı verən hüquqi şəxs.
Tələb olunan kapital
Sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün tələb olunan, fəaliyyəti ilə bağlı təminat verdiyi risklərin nəzərə alınması ilə qanunvericiliklə və ya sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən vəsaitin məbləği.
Təminat şəhadətnaməsi
Sığorta brokerinin sığortalıya (təkrarsığortalıya) verdiyi və sığorta (təkrarsığorta) risklərinin yerləşdirilməsini təsdiq edən, habelə risklərin yerləşdirilməsinin təfərrüatını əks etdirən sənəd.
Tənzimləmə xərcləri
Sığorta müqaviləsi üzrə baş vermiş zərərlərin araşdırılması və qiymətləndirilməsi prosesi üzrə çəkilən xərclərin ümumi məbləği.
Tərəfdaş marketinqi
Biznesin İnternet vasitəsilə (satıcılar/reklamçılar tərəfindən) inkişaf etdirilməsi irəlilədilməsi metodudur. Bu zaman tərəfdaşın sayta cəlb etdiyi hər bir ziyarətçi, abunəçi, alıcı və/və ya onun onun səyi nəticəsində satılmış hər bir mal üçün mükafat alır.