Biznes-lüğət
İqtisadi və maliyyə terminlərinin sadə izahı.
P
- Peşə xəstəliyi
- Aparılmış hərtərəfli müayinədən sonra tibb müəssisəsinin müəyyən etdiyi diaqnoza əsasən əlverişsiz və zərərli istehsalat amillərinin təsiri nəticəsində sığorta olunanın sağlamlığının ciddi surətdə pozulması.
- Polis (sığorta polisi)
- Sığortalı ilə sığortaçı arasında bağlanan, hər iki tərəfin hüquq və vəzifələrini bəyan edən, yazılı şəkildə tərtib olunan sığorta müqaviləsi.
- Portfel (sığorta, təkrarsığorta)
- Müvafiq dövr ərzində sığortaçının (təkrarsığortaçının) bağladığı sığorta (təkrarsığorta) müqavilələrinin məcmusu.


