Əsas məzmuna keç
Bakı +11°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Anthropic-in gəlirinin 2030-⁠cu ildə 505 milyard dollara çatacağı proqnozlaşdırılır

Anthropic-in gəlirinin 2030-cu ildə 505 milyard dollara çatacağı proqnozlaşdırılır

Anthropic-in gəlirinin 2030-cu ildə 505 milyard dollara çatacağı proqnozlaşdırılır

İnvestisiya araşdırma şirkəti New Street Research süni intellekt şirkəti Anthropic-in illik gəlirinin 2030-cu ildə 505 milyard dollara yüksələcəyini proqnozlaşdırır.

ENA.az Bloomberg HT-yə istinadən xəbər verir ki, New Street Research bu həftə birjada ticarətə başlaması gözlənilən Anthropic şirkətinin səhmlərini izləməyə başlayıb və onlara “al” tövsiyəsi verib. Şirkətin səhmləri üçün 12 aylıq hədəf qiymət 105 dollar müəyyən edilib.

Bu qiymət Anthropic-in 70–78 dollar aralığında nəzərdə tutulan IPO qiyməti ilə müqayisədə təxminən 35–50% artım potensialına işarə edir.

Analitiklərin hesablamalarına görə, Anthropic-in ümumi gəliri 2026-cı ildəki 53 milyard dollardan 2030-cu ildə 505 milyard dollara yüksələ bilər. Şirkətin hesablama gücünün isə 2026-cı ilin sonundakı 5 giqavatdan (GW) 2030-cu ilin sonunadək 30 giqavata çatacağı gözlənilir.

Bu genişlənmənin illik hesablama xərclərini təxminən 314 milyard dollara yüksəldəcəyi proqnozlaşdırılır.

New Street Research-in məlumatına görə, Anthropic artıq ümumi dəyəri 1 trilyon dolları ötən uzunmüddətli hesablama gücü müqavilələri bağlayıb. Bu müqavilələrin 2030-cu ilədək 17 giqavatlıq hesablama gücünü əhatə edəcəyi gözlənilir. Bu isə şirkətin həmin dövrədək istifadəyə verməyi planlaşdırdığı 30 giqavatlıq gücün yarıdan çoxuna bərabərdir.

Analitiklər hesab edirlər ki, Anthropic-in IPO qiymətləndirilməsi şirkətin gələcək inkişaf potensialını nəzərə alaraq nisbətən ehtiyatlı müəyyən edilib. Şirkətin birjada təxminən 1,4 trilyon dollar bazar dəyərinə çatacağı gözlənilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə