Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Bitcoin ETF-lərinə iri investorlar da pul qoymağa başlayır. Qiymət (01.03.2024)

Bitcoin ETF-lərinə iri investorlar da pul qoymağa başlayır. Qiymət (01.03.2024)

Bank of America-nın Merrill və Wells Fargo broker bölməsi bəzi varlı müştərilərinə Bitcoin-ə birbaşa sərmayə qoymaq üçün təsdiq edilmiş ETF-lərə investisiya etmək imkanı təklif edib. Bu həftə bir nöqtədə 64 000 dolları sınaqdan keçirən bitkoin bu gün səhər saatlarında 2.83% azalaraq 61 586 dollara düşüb.

İlk Bitcoin ETF yanvar ayında ABŞ-da ticarət üçün icazə verildikdən sonra, UBS, Charles Scwab və Robinhood Markets kimi bir çox qurum və investisiya platforması bu ETF-lərə investisiya qoymağı mümkün edi. CoinDesk-ə görə, Morgan Stanley həmçinin platformasına spot Bitcoin ETF-lərini əlavə etməyi düşünür. Vanguard kimi bəzi fondlar ETF-lərə şübhə ilə yanaşırlar.

Vanguard yanvar ayında dərc olunan bloq yazısında “kripto investisiyadan daha çox fərziyyə vasitəsidir” şərhini verdi.
 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə