Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qeyri-bank

"CFİ Financial İnvestisiya Şirkəti"nin vəzifəli şəxsini cərimələndi

"CFİ Financial İnvestisiya Şirkəti"nin vəzifəli şəxsini cərimələndi

Azərbaycan Mərkəzi Bankı (AMB) "CFİ Financial İnvestisiya Şirkəti" QSC-nin vəzifəli şəxsini cərimələyib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, maliyyə qurumunda aparılmış tematik yoxlama zamanı "İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları"nın tələblərinə tam əməl edilmədiyi üzə çıxıb. Odur ki, investisiya şirkətinin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə