Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

“Hazır olun, son döyüşə giririk” - SEPAH-dan sərt xəbərdarlıq

“Hazır olun, son döyüşə giririk” - SEPAH-dan sərt xəbərdarlıq

“Hazır olun, son döyüşə giririk”.

ENA.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Əhməd Vahidi Tehranda keçirilən “Azadlığın Pionerləri” konqresindəki çıxışında deyib.

O, ölkəsinin tarixi dönüş nöqtəsində olduğunu bildirib.

Əhməd Vahidi hazırkı mərhələni həlledici adlandırıb: “Hazır olun, qlobal imperializmlə son döyüşə giririk”.

O, İranın xarici təzyiqlərə boyun əyməyəcəyini və beynəlxalq güc mübarizəsində mühüm rol oynayacağını vurğulayıb.

Mənbə:Qafqazinfo

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə