Əsas məzmuna keç
Bakı +14°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib

SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il əldə etdiyi 50,8 milyard ABŞ dolları gəlirlə Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqində birinci yeri tutub.

"CEBA Top 500" indeksinə görə, region üzrə ilk onluğa Azərbaycandan üç şirkət (ümumi gəlir - 65,1 milyard ABŞ dolları), Qazaxıstandan beşi (60,9 milyard ABŞ dolları), eləcə də Özbəkistandan (10,8 milyard ABŞ dolları) və Türkmənistandan (8 milyard ABŞ dolları) hərəsindən biri daxil olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə