Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

İranın Təhlükəsizlik Şurası Haniyənin ölümünə görə qisas alınacağını bəyan edib

İranın Təhlükəsizlik Şurası Haniyənin ölümünə görə qisas alınacağını bəyan edib

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacaq.

ENA.az xəbər verir ki, bu barədə məlumat İran Ali Milli Təhlükəsizlik Şurasının “X” hesabında yayılıb.

Qeyd olunub ki, Haniyənin öldürülməsi “qorxaq bir hərəkətdir” və onu törədənlər şübhəsiz, cavablarını alacaqlar.

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə