Əsas məzmuna keç
Bakı +9°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Mərkəzi Bankın notlarına tələb təklifi 2 dəfədən çox üstələyib

Mərkəzi Bankın notlarına tələb təklifi 2 dəfədən çox üstələyib

3 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102079S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Birjanın yaydığı məlumatda bildirilir ki, hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4773  AZN (6.76%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 539 milyon 318 min 800 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773  AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773  AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi               

250 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 01.07.2020

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə