Əsas məzmuna keç
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Neft Fondu sentyabrda daha çox dollar satıb - AÇIQLAMA

Neft Fondu sentyabrda daha çox dollar satıb - AÇIQLAMA

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin sentyabr ayında valyuta hərraclarında 606,4 milyon dollar məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.

ARDNF bu ilin avqust ayında valyuta hərraclarında 478 milyon dollar məbləğində xarici valyuta satıb. Beləliklə, sentyabr ayında xarici valyuta satışının həcmi avqust ayı ilə müqayisədə 26,9% artıb.

Beləliklə, cari ilin yanvar-sentyabr aylarında ARDNF valyuta hərraclarında 5 milyard 610,1 milyon dollar satıb.

ARDNF bu il ümumilikdə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.

 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə