Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Qarabağ və Şərqi Zəngəzurda hansı sahələr ƏDV və gömrük rüsumundan azaddır?

Qarabağ və Şərqi Zəngəzurda hansı sahələr ƏDV və gömrük rüsumundan azaddır?
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Qarabağ və Şərqi Zəngəzurda müəyyən edilmiş sahələr üzrə istehsal üçün idxal olunan texnika, avadanlıq, xammal və materiallar əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azaddır.

ENA.az İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, güzəşt elektronika və maşınqayırma, avtomobil və nəqliyyat sənayesi, tikinti və interyer, şüşə və saxsı məmulatlarının istehsalı, metal məmulatlarının istehsalı, yüngül sənaye və digər sənaye məhsullarının istehsalını əhatə edir.

Bərpa olunan enerji istehsalı, əczaçılıq, elmi tədqiqat və işləmələr də siyahıya daxildir.

Qida məhsullarının istehsalı, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq, eləcə də şərabçılıq üzrə güzəşt yalnız texnika və avadanlıq idxalına şamil olunur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə