Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

SOCAR-ın törəmə şirkəti İsraildə qaz quyusunun qazılmasına başladı

SOCAR-ın törəmə şirkəti İsraildə qaz quyusunun qazılmasına başladı
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

SOCAR-ın strukturuna daxil olan “Caspian Drilling Company” (CDC) şirkəti İsrailin cənubunda qaz perspektivli quyunun qazılmasına başlayıb.

Bu barədə ENA.az CDC-yə istinadən xəəbər ver

Məlumata görə, şirkət “Mosestro” şirkətinin sifarişi əsasında “Sifra North 01” quyusunda qazma işləri aparır.

“”Caspian Drilling Company Ltd” (CDC) və Kompleks Qazma İşləri Tresti (KQİT) sifarişçimiz “Mosestro” üçün İsraildə “Sifra North 01″ quyusunda birgə qazma işlərinə başlanıldığını məmnuniyyətlə bildirirlər. Qazma öncəsi yoxlama siyahısı üzrə bütün yoxlamalar tamamlandıqdan sonra 22 noyabr 2026-cı il saat 11:20-də quyunun qazılmasına başlanılıb. Bu mühüm mərhələ hər iki komandanın hazırlığını və əlaqələndirilmiş işini əks etdirir. Sifarişçimiz Mosestro-ya, layihə tərəfdaşlarımıza və hazırlıq işlərinə töhfə verən hər kəsə təşəkkür edirik. CDC və KQİT qazma işlərinin təhlükəsiz və səmərəli aparılması üçün sıx əməkdaşlığı davam etdirəcəklər”, – məlumatda qeyd olunur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə