Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Qazaxıstan şirkəti Azərbaycan üzərindən mayeləşdirilmiş təbii qazı nəql etmək niyyətindədir

Qazaxıstan şirkəti Azərbaycan üzərindən mayeləşdirilmiş təbii qazı nəql etmək niyyətindədir

"Qazaxıstanın "Kaztransgas" şirkəti mayeləşdirilmiş qazın tranzitində maraqlıdır və ayda 10-15 min ton Qazaxıstan mayeləşdirilmiş qazının Azərbaycan üzərində tranzitinə hazırdır".

ENA.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclasında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, hazırda tariflərin optimallaşdırılması işləri görülür.

Bundan başqa, P.Şahbazov məlumat verib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading" 1,6 mln ton həcmində Qazaxıstan neftinin ticarətini həyata keçirib.

O qeyd edib ki, ötən il isə bu göstərici 1,5 mln ton təşkil edib.

Nazir hazırda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunması barədə danışıqlar aparıldığını bildirib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə