Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

Rəşad Nəbiyev: 2030-⁠cu ilədək Bakıda tamamilə elektrik mühərrikli ictimai nəqliyyat vasitələrinə keçid nəzərdə tutulub

Rəşad Nəbiyev: 2030-cu ilədək Bakıda tamamilə elektrik mühərrikli ictimai nəqliyyat vasitələrinə keçid nəzərdə tutulub

“2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub”.

Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib.

Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb:

“Biz 100 kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. 160 ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə