Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Siqaretlər 20-50 qəpik arası bahalaşacaq - İSTEHSALÇILARDAN XƏBƏRDARLIQ

Siqaretlər 20-50 qəpik arası bahalaşacaq - İSTEHSALÇILARDAN XƏBƏRDARLIQ

Gələn ilin yanvarından siqaretlərin qiyməti bahalaşacaq.
 
"BI", siqaret istehsalçıları tərəfindən mağaza və marketlərə dekabrın 28-dən yanvarın 4-ə  ədər siqaret paylanılmasının dayandırılacağı bildirilib.

Eyni zamanda yanvar ayından etibarən qiymətlərdə 20-50 qəpik arası bahalaşma olacağı barədə xəbərdarlıq edilib.
 
Qeyd edək ki, bir neçə gün öncə "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun Milli Məclisdə müzakirə edilərək, qəbul olunub. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə görə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə görə 3 manat, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə görə  1 manat, elektron siqaretlər üçün mayenin hər litrinə görə 20 manat aksiz vergisi tutulacaq.
 
Bu səbəbdən enerji içkilərinin də qiymətində bahalaşma olacağı gözlənilir.

 

 

qaynarinfo.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə