Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Ukrayna Rusiyaya cavab olaraq “Bayraktar”larla hərbi təlimlər keçirəcək

Ukrayna Rusiyaya cavab olaraq “Bayraktar”larla hərbi təlimlər keçirəcək

Ukrayna ordusu Rusiyanın Ukraynanın şimal sərhədinə yaxın Belarus ərazisindəki təlimlərinə cavab olaraq fevralın 10-da hərbi təlimlərə başlayacaq.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov yerli telekanala açıqlamasında deyib.

O bildirib ki, Ukrayna hərbçiləri davamlı olaraq müxtəlif təlimlərdə iştirak edirlər, lakin fevralın 10-dan “Bayraktar” pilotsuz uçuş aparatlarından (PUA) və xarici tərəfdaşların tədarük etdiyi tank əleyhinə “Javelin” və “NLAW” raketlərindən istifadə etməklə təlimlərə başlanılacaq.

Hərbi təlimlərin fevralın 20-dək davam etməsi planlaşdırılır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə