Əsas məzmuna keç
Bakı +8°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Microsoft 17 aydan sonra yenidən Nvidia-nı qabaqlayıb

Microsoft 17 aydan sonra yenidən Nvidia-nı qabaqlayıb

Microsoft şirkəti 2025-ci ilin iyunundan bəri ilk dəfə bazar dəyərinə görə Nvidia-nı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkətinə çevrilib.

ENA.az Reuters-ə istinadən xəbər verir ki, noyabrın 10-da keçirilən ticarət sessiyasında Nvidia səhmləri 6%-dən çox ucuzlaşaraq təxminən 167,11 dollara düşüb. Microsoft-un səhmləri isə 0,4% geriləyərək 543,25 dollar təşkil edib.

Nəticədə Microsoft-un bazar kapitallaşması 4,03 trilyon dolları ötüb, Nvidia-nın bazar dəyəri isə təxminən 4,02 trilyard dollara enib. Beləliklə, Microsoft qısa müddətə dünyanın ikinci ən dəyərli şirkəti mövqeyinə yüksəlib. Birinci yerdə isə Apple qərarlaşıb.

Nvidia səhmlərinin ucuzlaşmasına süni intellekt bazarının gələcək perspektivləri ilə bağlı qeyri-müəyyənlik, eləcə də şirkətin baş icraçı direktoru Jensen Huang-ın xarici kəşfiyyat qurumunun hədəfi olub-olmaması ilə bağlı araşdırma təsir göstərib.

Qeyd edək ki, bazar kapitallaşmasına görə şirkətlərin sıralaması səhm qiymətlərindəki dəyişikliklərdən asılı olaraq gün ərzində dəfələrlə dəyişə bilər. Buna görə də Microsoft-un Nvidia-nı qabaqlaması ticarət sessiyası zamanı qeydə alınan vəziyyəti əks etdirir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə