Rusiyanın kimya zavoduna hücum olub, dörd nəfər ölüb - VİDEO
Ukrayna Silahlı Qüvvələri fevralın 25-nə keçən gecə Rusiyanın Smolensk vilayətinin Doroqobuj şəhərindəki "Doroqobuj" kimya zavoduna hücum edib.
Bu barədə "RBK-Ukrayna" yazır ki, Ukrayna PUA-sının zərbələri kimya zavodunun ərazisində yanğına səbəb olub.
"Doroqobuj" ASC Smolensk vilayətində iri sənaye müəssisəsidir və azot gübrələrinin və kimya məhsullarının istehsalı üzrə ixtisaslaşıb.
Öz növbəsində, regionun qubernatoru Vasili Anoxin bildirib ki, hücum nəticəsində zavodun dörd əməkdaşı həlak olub, 10 nəfər yaralanıb.
"Doroqobuj" mülki müəssisəsi hücuma məruz qalıb. Müəssisənin dörd əməkdaşı peşəkar xidməti borcunu yerinə yetirərkən faciəvi şəkildə həlak olub. 10 nəfər yaralanıb", - o qeyd edib.
<
















