Havadakı xaos dərinləşir. Aviaşirkətlərin səhmləri ucuzlaşır
Dünyanın ən böyük beynəlxalq aviaşirkəti Emirates, çərşənbə gününədək Dubay uçuşlarını və Dubaydan qalxmaları dayandırıb.
Etihad Airways uçuş ləğvlərini uzadıb, Qatar Airways isə Qətər hava sahaəsinin bağlanması səbəbilə Dohadan bütün uçuşları dayandırıb.
Orta Şərqdən kənarda, Asiyada da uçuşlar ləğv edilib:
- Cathay Pacific Airways Orta Şərq xidmətlərinin bir qismini 5 mart tarixinədək ləğv edib.
- Hindistanda IndiGo uçuşları çərşənbə gününədək dayandırılıb.
Avropa avia şirkətləri itki ilə üzləşdi
Avropada, avia sektorunun kritik yay mövsümünə daxil olduğu vaxtda, müharibınin səyahətləri pozacağı qorxusu ilə böyük aviaşirkətlərin səhmləri ucuzlaşıb:
- Lufthansa – 11%
- British Airways (IAG) – 13%
- Air France-KLM – 10%
Çatışma həm də neft qiymətlərinin artmasına, bu da aviaşirkətlərin ən böyük xərc maddəsi olan yanacaq xərclərinin yüksəlməsinə səbəb olur.
Həmçinin, bağlanmış hava sahələri bir çox təyyarənin daha uzun uçuş marşrutları izləməsinə səbəb olur ki, bu da əməliyyat xərclərini artırır.
Geosiyasi gərginlik və bazar təsiri
Donald Trump, İran’a qarşı hücumun məqsəd yerinə yetirilənədək davam edəcəyini bildirib. Bu açıqlama investorların uçuş ləğvləri, hava sahəsi bağlanmaları və uzunmüddətli səyahət pozuntularının təsirini qiymətləndirməsi ilə nəticələnib.
Nəticədə şirkət səhmləri - Cathay Pacific – 7%, Singapore Airlines – 7,5%, Qantas Airways – 10% ucuzlaşıb.
Minlərlə sərnişin ziyan çəkdi
Birləşmiş Ərəb Əmirlikləri Mülki Aviasiya İdarəsi bildirir ki, 20 mindən çox sərnişinə yardım göstərilib. Bölgə qlobal hava əlaqələrinin tam bağlantı nöqtəsi olduğundan, on minlərlə insan havada və hava limanlarında qalıb.
Bərpa uzun zaman ala bilər
İran, cümə günü İsrail və ABŞ hava qüvvələrinin ilk hücumuna cavab olaraq bölgəyə füzə və pilotsuz uçan aparat göndərib. Bu, Körfəzdəki bir çox hava limanının çapraz atəşə tutulması ilə müşayət olunub:
- Əbu-Dabi və Dubay hava limanları – ziyan və yaralanmalar
- Bəhreyn hava limanı – gecə saatlarında pilotsuz aparat hücumu, ziyan
- Kuveyt hava limanı – pilotsuz aparat hücumu, çox sayda yaralı
Öz növbəsində genişmiqyaslı uçuşun dayandırılması qlobal aviasiya hərəkətini ciddi şəkildə pozur. Hazırda hava sahəsinin bağlı olması səbəbindən bir çox təyyarə və ekipaj pozisiyadan kənarda qalıb.
















