Avtomobil

Togg-un yeni modelinin satış tarixi açıqlanıb

Türkiyənin elektrikli avtomobil istehsalçısı Togg yeni modelini gələn ilin ikinci yarısında bazara təqdim etməyə hazırlaşır.

Şirkətin baş direktoru M. Gürcan Karakaş yeni modelin 2027-ci ilin ikinci yarısında satışa çıxarılacağını açıqlayıb.

Yeni avtomobilin Togg-un hazırda satışda olan T10X modelindən fərqli seqmentdə yer alacağı bildirilib.

Şirkət yeni modelin texniki xüsusiyyətləri və qiyməti ilə bağlı ətraflı məlumat açıqlamayıb. Togg yeni model vasitəsilə Türkiyə ilə yanaşı, xarici bazarlarda da mövqelərini gücləndirməyi hədəfləyir.

Hazırda Togg-un əsas modeli olan T10X Türkiyə bazarında elektrikli avtomobillər arasında ən çox diqqət çəkən modellərdən biridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)