MALİYYƏ

Azərbaycanda əhalinin gəlirləri 9,6 % artıb

Əhalinin nominal gəlirləri 9 ayda 72,7 milyard manata çatıb

2026-cı ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 72 milyard 711,7 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.

Statistik bülletenə görə, təkcə sentyabr ayında əhalinin nominal gəlirləri 9 milyard 199,9 milyon manat artıb. Göstərici əvvəlki ilin sentyabrı ilə müqayisədə 9,5 faiz yüksəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)