Əsas məzmuna keç
Bakı +9°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

AMB-nin 2026-2027-⁠ci illərdə neft və qazın qiyməti ilə bağlı proqnozları açıqlandı

AMB-nin 2026-2027-ci illərdə neft və qazın qiyməti ilə bağlı proqnozları açıqlandı

Azərbaycanda iqtisadi artımla bağlı proqnozlar nikbindir. 2026-cı ildə Ümumi Daxili Məhsulun artımı 2,4%, qeyri-neft-qaz ÜDM-in artımının isə 4% olacağı proqnozlaşdırılır.

ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib:

“2027-ci il üçün bu göstəricilər müvafiq olaraq, 2,9% və 4,3% proqnozlaşdırılır. Orta müddətdə cari əməliyyat balansı (CƏB) ilə bağlı proqnozlar müsbətdir. 2026-cı ildə CƏB-in profisiti 2,8-3 milyard dollar civarında proqnozlaşdırılır. 2026-cı ildə bir barel neftin orta qiymətini 64 dollar, qazın bir kubmetrinin orta qiymətini isə 269 dollar proqnozlaşdırırıq. 2027-ci ildə isə CƏB-in profisiti 2,7-2,8 milyard dollar ətrafında olacağı gözlənilir. Növbəti ildə bir barel neftin orta qiymətini 65 dollar, qazın bir kubmetrinin orta qiymətini isə 254 dollar proqnozlaşdırırıq".

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə