Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Azərbaycan “OpenAI” ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib

Azərbaycan “OpenAI” ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib

Azərbaycan “OpenAI” şirkəti ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr R.Nəbiyevin ABŞ-yə səfəri çərçivəsində “OpenAI” şirkətinin tətbiqi tədqiqatlar ofisinin rəhbəri Boris Pouer ilə görüşdə olub.

“Suveren süni intellekt infrastrukturunun yaradılması, birgə innovasiya və tədqiqat təşəbbüsləri, təhsil və kadr hazırlığı, lokal tələblərə uyğunlaşdırılmış süni zəka həlləri sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə