Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Azərbaycan təkcə Çexiyadan aldığı smartfonlara görə 67,402 milyon avro ödəyib

Azərbaycan təkcə Çexiyadan aldığı smartfonlara görə 67,402 milyon avro ödəyib

2023-cü ilin yanvar-sentyabr aylarında Çexiya Azərbaycana 83,361 min ədəd smartfon ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 62,4% çoxdur.

Çexiya Statistika İdarəsinin məlumatına görə, hesabat dövründə ixrac dəyər ifadəsində 78,5% - 67,402 milyon avroya qədər artıb.

Sentyabrda Azərbaycan Çexiyadan 12,249 min ədəd smartfon (+73%) idxal edib. İdxal dəyər ifadəsində 69,4% artaraq 10,379 milyon avro təşkil edib.

Çexiya Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə Çexiya Azərbaycana 53,157 milyon avro dəyərində 72,412 min ədəd smartfon ixrac edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə