Azərbaycanda bağlanmış bankın daşınmaz əmlakı satılır – QİYMƏTİ

6 aprel 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
!@#
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, məhəllə 593, ev 64, mənzil 64 ünvanında yerləşən fərdi yaşayış (ümumi sahəsi 91 kv.m) sahəsinin 16 mart 2022-ci ildə keçirilən ilkin hərracı baş tutmamışdır. Daşınmaz əmlakın təkrar hərracı 6 aprel 2022-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcəkdir. Daşınmaz əmlakın satış qiyməti 102850 manatdır.
Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan:Bakı şəh., Yasamal ray, məhəllə 593, Ə.Salamzadə küç. 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67











