Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Azərbaycanda bank kreditləri ilə investisiya qoyuluşu kəskin azalıb

Azərbaycanda bank kreditləri ilə investisiya qoyuluşu kəskin azalıb

Azərbaycanda bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu kəskin azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr ayları ərzində bank kreditləri ilə ölkə iqtisadiyyatına sərmayə qoyuluşu 987 mln. manat təşkil edib. Beləliklə, kreditlərlə sərmayə qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 41% azalıb.

Hesabat dövründə cəmi investisiyalarda bu kateqoriyadan olan vəsaitlərin xüsusi çəkisi də 12,6%-dən 7,7%-ə enib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 786,9 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% az vəsait yönəldilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə