Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Mərkəzi Bank sədri maaş və pensiyalarla bağlı yenilik olacağını deyib

Mərkəzi Bank sədri maaş və pensiyalarla bağlı yenilik olacağını deyib

Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək.

“Hal-hazırda texniki işlər görülür. Bu da rəqabətliliyin artırılmasına əminəm ki, təkan verəcək”, – deyə Mərkəzi Bankın sədri əlavə edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə