Əsas məzmuna keç
Bakı +10°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Neft Fondununda səhmdarı olduğu bankın xalis mənfəəti kəskin artıb

Neft Fondununda səhmdarı olduğu bankın xalis mənfəəti kəskin artıb

Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına əsasən Rusiyaya məxsus "Bank VTB"nin 2017-ci il ilə müqayisədə 2018-ci ildə xalis mənfəəti 48,9% artaraq 178,8 mlrd. rubl təşkil edib.

"Businessinsider.az" VTB-yə istinadən xəbər verir ki, bankın əsas fəaliyyətindən sabit gəlirlər, xərclərin effektlivliyinin yüksəldilməsi, ehtiyatların ayrılması üçün xərclərin azalması mənfəətin artmasına səbəb olub.

2018-ci ilin IV rübündə korportaiv və pərakəndə kredtiləşmədə davamlı artım fonunda VTB-nin xalis faiz gəlirləri 1,8% artaraq 468,6 mlrd. rubl olub.

Hesabat dövründə bankın kredit portfeli 18,7% artaraq 11,43 trln. rubla çatıb. O cümlədən, fiziki şəxslərin kreditləşməsi 28,7% artaraq 3 trln. rubl, hüquqi şəxslərin kreditləşməsi isə 15,5% artaraq 8,44 trln. rubla bərabər olub. Kredit portfelində qeyri-işlək kreditlərin həcmi ötən ilin əvvəlindəki 6,9%-dən 5,7%-ə qədər azalıb. Ötən il bankın müştərilərinin vəsaitləri 15,9% artaraq 10,4 trln. rubl, o cümlədən fiziki şəxslərin vəsaitləri 21,7% artaraq 4,4 trln. rubl, hüquqi şəxslərin isə 8,6% artaraq 6 trln. rubla bərabər olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bankdakı iştirak payı 2,95%-ə bərabərdir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə