Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hi-Tech

Rusiyada “WhatsApp” bloklandı

Rusiyada “WhatsApp” bloklandı

Rusiyada “WhatsApp” bloklanıb. Belə ki, mesajlaşma tətbiqinin domeni “suveren Runet” haqqında qanun çərçivəsində yaradılmış infrastruktur – Milli Domen Adları Sistemi (NSDİ) qeydlərindən yoxa çıxıb.

Hazırda messencerə giriş yalnız VPN vasitəsilə mümkündür.

Bildirilir ki, bundan əvvəl fevralın 10-da NSDİ-dən “YouTube”la bağlı məlumatlar silinib, Rusiya provayderlərində “Youtube.com” domeni “Roskomnadzor”un (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətin qısaldılmış adıdır -red ) DNS-serverlərindən tamamilə itib.

Bu isə o deməkdir ki, platforma sadəcə ləngidilməyib, tənzimləyicinin sistemində tamamilə söndürülüb. Daha sonra məlum olub ki, eyni hal “WhatsApp.com” domeni ilə də baş verib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə