Azərbaycanın bank sektorunun aktivləri 13 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 63 milyard 621,7 milyon manat təşkil edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 13,3 % çoxdur.
Bankların aktivlərinin 31 milyard 698,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,1 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 49,1 %-dən 49,8 %-ə çatıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 13,9 % artaraq 55 milyard 783 milyon manata, o cümlədən depozit portfeli 15,5 % artaraq 42 milyard 257,7 milyon manata çatıb. Bunun 18 milyard 436,3 milyon manatı fiziki, 23 milyard 821,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 19,9 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 12,3 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 20 % azalaraq 0,4 milyon manat olub.
Sektorun balans kapitalı isə 9,3 % artaraq 7 milyard 838,7 milyon manat təşkil edib.



















