Bank

Azərbaycanda kartlarla nağdsız ödənişlər artmaqda davam edir

Sentyabrda kartlarla ölkədaxili nağdsız ödənişlər 9 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 minə çatıb. Bu, avqustla müqayisədə 414 min kart çoxdur.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ay ərzində kartlarla ölkə daxilində 8 milyard 977 milyon manatlıq nağdsız ödəniş aparılıb. Bunun 7 milyard 755 milyon manatı elektron ticarətin, 1 milyard 220 milyon manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.

İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb. Kartlarla aparılan nağdsız əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 69,7 faizini təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)