Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Dünya neftinin 2%-⁠nə nəzarət edən azərbaycanlı 6 günə 800 milyon dollar QAZANDI

Dünya neftinin 2%-nə nəzarət edən azərbaycanlı 6 günə 800 milyon dollar QAZANDI

Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 6 gün ərzində sərvətini 800 milyon dollar artırıb.

ENA.az xəbər verir ki, əgər oktyabrın 29-da iş adamının sərvəti “Bloomberg Billionaires İndex”də 20,1 milyard dollar idisə, hazırda bu məbləğ 20,9 milyard dollar təşkil edir. İş adamının sərvəti xüsusən oktyabrın 31-dən noyabrın 1-nə keçən gün kəskin artıb. Uğurlu ticarət dövriyyəsi və “Lukoyl”un səhmlərinin bahalaşması iş adamına 24 saatda 518 milyon dollar sərvət qazandırıb.

Xatirladaq ki, 69 yaşlı iş adamı Rusiyanın 3-cü ən zəngin şəxsidir. Onun prezidenti olduğu “Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə