Əsas məzmuna keç
Bakı +13°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 22 %-⁠dən çox artırılır

İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 22 %-dən çox artırılır

2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 1 milyard 100 milyon manatı və yaxud 2,6 %-i İcbari Tibbi Sığorta Fonduna ayırmaların payına düşəcək.

ENa.az bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 22,2 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə