HI-TECH

Apple-ın rüblük gəliri 12% artaraq 114,5 milyard dollara çatıb

“Apple” şirkətinin iyul-sentyabr aylarını əhatə edən dövr üzrə gəliri illik müqayisədə 12% artaraq 114,5 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti də eyni dövrdə 12% yüksələrək 30,7 milyard dollar olub.

ENA.az xəbər verir ki, bu dövr “Apple”ın maliyyə təqvimində dördüncü rüb hesab olunur. Şirkətin ötən ilin eyni dövründə gəliri 102,5 milyard dollar, xalis mənfəəti isə 27,5 milyard dollar təşkil etmişdi.

Hesabat dövründə iPhone satışlarından əldə olunan gəlir 17,5% artaraq 57,6 milyard dollara yüksəlib. Mac satışları 23,7% artaraq 10,8 milyard dollara çatıb. Bunun əksinə, iPad satışlarından əldə olunan gəlir 10,4% azalaraq 6,2 milyard dollar olub.

Şirkətin xidmətlər bölməsi üzrə gəliri təxminən 10% artaraq 31,6 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət isə 1,85 dollardan 2,10 dollara yüksəlib.

“Apple” 2026-cı maliyyə ilini də artımla başa vurub. Şirkətin illik gəliri 15% artaraq 478,8 milyard dollara, xalis mənfəəti isə 18% yüksələrək 132,2 milyard dollara çatıb.

Şirkətin baş icraçı direktoru Con Ternus sentyabrda başa çatan rübdə ümumi gəlir, iPhone satışları və xidmətlər üzrə rekord göstəricilərə nail olunduğunu bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)